Cəmi "5" dinar..!

Original article: www.take.az



Cemi 5 dinar

Səkkiz yaşlı Məryəm valideynlərinin kiçik qardaşının ağır xəstə olduğu barədə etdikləri söhbəti eşidir. Müalicə üçün çoxlu pul lazım idi. Lakin onlarıno qədər pulu yox idi. Atası təzəlikcə işini itirmişdi, anası isə evdar qadın idi. O, atasının asta səslə anasına – "Oğlumuzu yalnız möcüzə qurtara bilər” dediyini eşidir. Məryəm otağına qalxıb rəfdə...ki daxılı götürür. Daxılı sındırıb dəmir pulları yatağının üstünə tökür. Balaca əlləri ilə pulları sayır. Cəmi 5 dinar! O, pulları bir kisəyə töküb evdən çıxır və yaxınlıqdakı aptekə gəlir. Bir qədər piştaxtanın kənarında dayanıb satıcının ona müraciət etməsini gözləyir. Amma satıcı ona əsla məhəl qoymur. Xeyli gözlədikdən sonra qızın hövsələsi daralır, piştaxtaya yaxınlaşıb kisədəki dəmir pulları satıcının qarşısına tökür. Satıcı çaşqın halda Məryəmdən soruşur: "Nə istəyirsən, qızım?”. Məryəm cavab verir: "Qardaşım ağır xəstədir, gəlmişəm möcüzə alam”. Satıcı təəccüblə deyir: "Başa düşmədim”. Bu dəfə Məryəmin məsum gözləri yaşla dolur, birtəhər özünü ələ alıb içini çəkə-çəkə satıcıya deyir: "Atam deyir, qardaşımın başına nəsə girib, onu yalnız möcüzə sağaldar, mən də gəlmişəm möcüzə alam, möcüzə neçəyədir?”. Satıcı qızcığaza yaxınlaşır, həm özünün, həm də onun göz yaşlarını silib deyir: "Təəssüf edirəm, bizdə möcüzə satılmır”. Məryəmin göz yaşları sel kimi yanaqlarına axır və israrla satıcıya deyir: "Xahiş edirəm, mənə deyin görüm möcüzəni haradan almaq olar?



Atamın pulu yoxdur, daxılımda olan-qalan pul budur”. Bu hadisəni kənardan izləyən imkanlı bir şəxs Məryəmə yaxınlaşaraq ondan soruşur: "Qızım, de görüm nəqədər pulun var?”. Məryəm ovcunda sıxdığı dəmir pulları həmin imkanlı şəxsə göstərir və içini çəkə-çəkə deyir: "Budur, olan pulum bu qədərdir”. İmkanlı şəxs Məryəmin göz yaşlarını silib təbəssümlə deyir: "Mənə elə gəlir qardaşın üçün möcüzətapa biləcəyik, onu mənə göstərərsənmi?”. Bu şəxs İraqın mərkəzi xəstəxanasının beyin və əsəb həkimi professor Heydər Səlim idi. Səhəri gün Məryəmin qardaşının beynində cərrahiyyə əməliyyatı aparılır. Əməliyyat uğurla başa çatır. Məryəmin atası həkimin yanına gələrək öz minnətdarlığını bildirir və nə qədər borcu olduğunu soruşur. Professor Heydər Səlim gülümsəyərək deyir: "Cəmi 5 dinar”.