Adam Smit - Xalqların sərvəti

Adam Smit Xalqlarin serveti

Bu kitabın əsas mövzusu iqtisadi böyümədir.
Xalqların sərvəti iqtisadi prinsiplərin ortaya çıxmasını və eyni zamanda müstəqil və sistematik hala gəlməsini təmin etdiyi üçün iqtisad elminə ciddi təsir edən bir əsərdir. Bəzi müəlliflərə görə qərb dünyasında iqtisadiyyatla bağlı yazılan ən güclü əsərdir. 1776-cı ildə nəşr edildiyində İngiltərə və ABŞ-da azad ticarət anlayışı yayılmaqda idi və kitab iqtisadi uğur üçün böyük külçə rezervlərinin önəmli olduğunu iddia edən Merkantilizmə qarşı klassik bir bildiriş halına gəlmişdir. Bu dövrdə ABŞ-ın yaşadığı İstiqlaliyyət müharibəsi sonrasında ortaya çıxan kasıblıq və sıxıntılı şəraitlər bu anlayışı meydana çıxarmışdır.

Xalqların sərvəti eyni zamanda fiziokratların torpağın önəmini vurğulamasına da qarşı çıxırdı. Smit bunun yerinə işçilərin gücünə inanırdı və işçi qüvvəsinin istehsalın artmasında əsas qüvvə olduğu fikrini müdafiə edirdi. Xalqlar o qədər uğurlu oldu ki, bu əvvəlki iqtisadi nəzəriyyələrin unudulmasına səbəb oldu. Tomas Maltus və David Rikardo kimi iqtisadçılar Smitin bugün klassik iqtisad olaraq bilinən nəzəriyyəsini təkmilləşdirməyə istiqamətləndilər. Bu zamanla çağdaş iqtisadiyyatın inkişaf etməsinə səbəb oldu.
Xalqların zənginliyinin əsas mövzularından biri də, azad bazarların hər nə qədər qarışıq və idarə olunmayan görünsə də, əslində bir gözəgörünməz əl tərəfindən tənzimlənməsidir. Məsələn, bir məhsulda istehsal əskikliyi olduğunda qiymət artır və bu vəziyyət sonda qıtlığa son verir. Əgər bazara həddindən artıq istehsalçı daxil olarsa, istehsalçılar arasında rəqabətin artması qiymətlərin düşməsinə səbəb olaraq, məhsulun təbii qiymətinə satılmasına yol açır. Mənfəət göstəricisi ortalama bazar qiymətində sıfırlanarsa da mal və xidmət istehsalı üçün təşviq ortadan qalxmır, çünki bütün istehsal məsrəfləri, istehsal olunanın qiymətinə təsir etməkdədir. Əgər qiymətlər orta mənfəət göstəricisindən aşağı səviyyəyə düşərsə, istehsalçılar bazardan çıxmağa başlayırlar. Mənfəət göstəricisinin sıfırdan yüksək olduğu müddət ərzində, istehsalçılar bazara girməyə davam edirlər. Smit insanların hərəkətə keçməsini təmin edən səbəblərin acgözlükdən qaynaqlandığına inanırdı. Ona görə də, bu rəqabət eyni zamanda çox çeşidli mal və xidmət istehsalını təbliğ etməkdə idi. Smit yenə də, sahibkarlara qarşı diqqətli olmağın gərəkdiyini və inhisarçılığın yanlış olduğunu müdafiə edirdi.
Smit bütün gücü ilə sənaye inkişafını əngəlləyən vaxtı keçmiş dövlət məhdudiyyətlərinə hücum edirdi. O, gömrük rüsumları da daxil olmaqla, bunların uzun müddətdə yüksək qiymətlərə səbəb olduğunu qeyd edirdi. Hər şeyin axarına buraxılmasını müdafiə edən bu imkan verin etsinlər nəzəriyyəsi, sonrakı illərdə, xüsusilə XIX əsrdə hökümətlərin qəbul etdiyi qanunlara ciddi təsir göstərmişdir. Buna baxmayaraq, Smit hökümətlərin varlığına müxalif deyildi. Hökümətlərin iqtisadi sektorun xaricindəki məsələlərdə fəaliyyət göstərməsini müdafiə edirdi. Məsələn, kasıb vətəndaşlara təhsil verilməsinin, ordunun tərəfdarı idi.

Similar Post You May Like

Vivo-Book

Yazıçılar (Poets / Поэты)