Aqata Kristi - Baş nazirin oğurlanması

Aqata Kristi Bas nazirin ogurlanmasi

Onu "cinayətlərin kraliçası" adlandırırdılar, amma özünün başqa - "Ölüm hersoginyası" titulu xoşuna gəlirdi.. Ginnesin Rekordlar kitabında onun əsərləri 103 dildə 2 milyard nüsxədə çap olunub. O, dünyada ən çox oxunanmüəllifdir. 1890-cı il sentyabrın 15-də İngiltərənin Devonşir qraflığında anadan olan Aqata ailədə üçüncü övlad idi. Kütbeyin, astagəl olduğuna görə valideynləri onun həyatda heç nəyə nail olmayacağını düşünür və ən yaxşı halda uğurlu ailə həyatı quracağına inanırdılar. Gələcək yazıçının uşaqlıq illəri tənhalıq içində keçib - dostları yox idi, bacısı və qardaşı ondan yaşca çox böyük idilər, ilk təhsilini isə evdə almışdı. Bu, bir tərəfdən onun fantaziyasını stimullaşdırır, digər tərəfdən isə cəsarətsizliyini artırırdı. Aqata sonrakı təhsilini İngiltərə və Fransanın özəl təhsil ocaqlarında alır. O, musiqi ilə ciddi məşğul olur, şeir və hekayələr yazır, onlardan bəzilərini müxtəlif jurnallara göndərsə də, heç biri nəşr olunmur. Eyni aqibət onun ilk əsərini - "Səhra üzərində qar"ı da gözləyirdi

Similar Post You May Like

Vivo-Book

Yazıçılar (Poets / Поэты)