Çingiz Abdullayev - Meymun ili

Cingiz Abdullayev Meymun ili

«Meymun Zodiak bürcləri arasında ən ziddiyyətli xarakterə malikdir. O, ünsiyyətcildir və hamı ilə yola gedən təəssürat oyadır, ancaq bu yekdillik kifayət qədər aldadıcıdır».

(Şərq Ulduz falından)

Cinayət işi yekunlaşmışdı. O, sonuncu səhifəni də oxuyub qurtardıqdan sonra qovluğu örtdü. Bu gün prokuror ittihamnaməni imzalamalıdır və yalnız o vaxt iş məhkəməyə təqdim olunacaq. Adəti üzrə olduğu kimi. O, bu kimi neçəneçə işləri tamamlamış, ömrü boyunca da bu kimi neçə-neçə təhqiqatlar aparmışdır! Yalnız iki dəfə onun işini yenidən təkrar təhqiqat üçün geri qaytarmışdılar. Hər iki halda, hakimlər müttəhimlər tərəfindən satın alınmışdı və bu, ona çox yaxşı bəlli idi. Ancaq bunu sübuta yetirmək mümkünsüz idi. Hakimlər işdə formal qanun pozuntularını aşkar edərək, cinayət işinin digər hakimin bu işi məhkəməyə çıxarmadan sakitcə bərbad etməsi üçün təkrar təhqiqata qaytarırdılar.

Similar Post You May Like

Vivo-Book

Yazıçılar (Poets / Поэты)