Frans Kafka - Məhkəmə

Frans Kafka Mehkeme

Məhkəmə (alm. Der Prozess) — Frans Kafkanın yazdığı, ancaq tamamlaya bilmədiyi yarımçıq qalmış roman. Roman Kafkanın ölümündən sonra çap olunmuşdur.
Bu roman müəllifin həyatında baş verən vacib hadisələr dövründə meydana gəlmişdir (1914-1915-ci illər). 1914-cü ilin iyulunda o Felise Bauer ilə nişanlanır. Bu vaxtda birinci dünya müharibəsi başlayır. Həmin ilin payızından başlayaraq ailəsindən ayrı otaqda yaşamağa başlayır. Roman üzərində iş onun protaqonisti Yozefin ölümü ilə başa çatır. Məhkəmə prosesi Kafkanın orijinal əsərlərindəndir. Bu kitab Kafkaya XX əsrin ikinci yarısında tetar və kinoda hökm sürən postmodernizmdə böyük ad qazandırır. Romanda təsvir olunan proses "heç nədən" başalyır və heç də "əhəmiyyətli olmayan ölümlə" başa çatır.
Zavallı bəşər övladının dərkolunmaz sirli qüvvələr qarşısında acizliyi, həmişə onların qurbanına çevrilməsi Frans Kafkanın “Məhkəmə” (1914) romanının əsas ideyasını təşkil edir.
…Otuz yaşı tamam olan günü, heç bir günah işlətməsə də, vicdanlı, işgüzar bank məmuru Yozef K. həbs olunur və iş gedib məhkəməyə çıxır. Yozef K. günahsız olduğunu bilsə də, baş verənlərə soyuqqanlılıqla yanaşmağa çalışsa da, bu xəbərdən sonra nə yaşadığı evdə, nə də işdə rahatlıq tapa bilmir, daim bu gizli, qeyri-adi məhkəmə barədə düşünür. Sirli məhkəmə çoxmərtəbəli bir binanın çardağında yerləşir, işçilərinin, eləcə də mühakimə etdiyi adamların sayı-hesabı yoxdur. Burada hamı günahkardır və heç kəsin günahı üzünə oxunmasa da, hamı cəzasını çəkməlidir. İlk günlər bu məhkəmədən lap tezliklə canını qurtaracağına əmin olan Yozef yalnız özünü müdafiə etməklə kifayətlənmir, oradakıları cəsarətlə tənqid edir, “qanun keşikçilərini” qanunsuzluqda günahlandırır. Lakin daxilində baş qaldırmış etiraz hissləri tədricən zəifləməyə başlayır və o da axırda bu müəmmalı məhkəmənin sehrinə düşür, sakit, rahat həyatı öz məcrasından çıxır, daxilində baş qaldırmış narahatçılıq, günah hissləri onu hətta çağırılmayanda da ora aparır, çünki bu gözəgörünməz məhkəmə artıq onun iradəsini, ağlını əlindən alıb, sehrləyib, öz əsirinə çevirib…

Similar Post You May Like

Vivo-Book

Yazıçılar (Poets / Поэты)