İrvinq Stoun - Yaşamaq yanğısı

Irvinq Stoun -Yasamaq yangisi

Sitəmlərinə baxmayaraq, bu, hər-halda, gözəl dünyadır. İndi bu dünyanı tərk edərkən Vinsent onunla vidalaşmaq istəyirdi, ona öz yolunu tapmaqda kömək etmiş bütün dostları ilə vidalaşmaq istəyirdi, – nifrəti adi həyatla əlaqəni qurmağa və səfil olmağa onu vadar etmiş Ursula ilə vidalaşmaq istəyirdi, onun gec-tez özünü tapa biləcəyinə, hətta özünü təsdiq edə biləcəyinə inamı təlqin edən Mendes de Kosta ilə,”Yox, heç vaxt!” deyən sözləri qəlbinin dərinliklərində kök salan Key Vosla; yoxsulları və kimsəsizləri sevməyi ona öyrədən madam Deni, Jak Verney və Anri Dekrukla; Vinsentin nə pırtlaşmış saçlarından, nə də kəndçi kobudluğundan təşvişə düşməyən xeyirxahlıq simvolu möhtərəm Pitersen ilə; onu bacardıqları qədər sevməyə çalışan valideynləri ilə; xeyirxah taleyin bəxş etdiyi yeganə arvadı Xristina ilə; ilk rəssam dostları Veysenbrux və De Bokla; onu Van Qoqlar ailəsində qotur keçi adlandıran Vinsent dayı, Yan, Kornelis Mariyus və Stikkerlə, onu sevən və bu sevginin yolunda özünü öldürmək istəyən yeganə qadın Marqo ilə; Parisdəki rəssam dostları ilə: indi artıq ömrünün sonunadək təzədən xəstəxanaya salınmış Lotreklə; otuz bir yaşında, həddindən artıq yorğunluqdan ölmüş Jorj Syöra ilə; Bretanda dilənçi ömrü yaşamış Pol Qogenlə; Bastiliya meydanı yaxınlığındakı daxmada diri-diri çürüyən Russo ilə; Eks təpələrində, xəlvətə çəkilib amansız tərkdünya etmiş Sezannla; ona sadə qəblərin gözəlliyini açan Tangi ata və Rulenlə; Raşel ilə; onun ehtiyaclarını öz xeyirxahlıqları ilə isidən doktor Reylə; onu böyük rəngkar sayan yeganə adamlarla – Orye və doktor Qaşe ilə; və nəhayət onun yolunda ən çox əziyyət çəkmiş, onu ən çox sevən, dünyada bütün qardaşların ən yaxşısı, ən zərifi, əziz qardaşı Teo ilə vidalaşmaq istəyirdi.

Similar Post You May Like

Vivo-Book

Yazıçılar (Poets / Поэты)