Luis keroll - Alisa möcüzələr diyarinda

Luis keroll Alisa mocuzeler diyarinda

Alisa otağında "Yetişmiş albalı" (ing. Cherry Ripe) mahnısını bağa qonaq gələn tamaşaçılar qarşısında ifa etmək üçün hazırlaşır. Bu qonaqlar möcüzələr ölkəsinin personajlarıdır. Sadəcə, onların əsl kimliyi həmin möcüzələr ölkəsində açılır. Həmçinin, Alisanın otağındakı oyuncaqlar da möcüzələr ölkəsində yaşayan insanların vəziyyətini əks etdirir). Lakin o qəfil səhnədəki qonaqlardan qorxur və meşəyə qaçır. Burada ağacdan bir alma aşağı düşməyə başlayır. Bu alma sanki Alisanın üzünə parlayır. Birdən ağacların yanından insan boyda olan Ağ Dovşan çıxıb qaçır. Ağ Dovşan elə qaçır ki, sanki harasa tələsir. Onun əlində saat olur. Bu da Alisanın marağına səbəb olur. Alisa da onun ardınca qaçır. Beləliklə, Alisa Ağ Dovşanın ardınca qaçaraq "Möcüzələr ölkəsinə"nə düşür.
Alisa "Möcüzələr ölkəsi"də səyahət etməyə başlayır. Bu zaman müxtəlif insanların həyatı və problemləri ilə qarşılaşır. Alisanın boyu "Möcüzələr ölkəsi"nə daxil olan zaman normal qalır. Lakin elə də böyük olmayan bağa açılan qapıdan keçən zaman Alisanın boyu kiçilir. Alisanın göz yaşlarını görən Cənab Siçan və onun dostları ona kömək etməyə başlayır. Sonra Alisa Ağ Dovşana rast gəlir. Otaqda şüşə qabda mayeli su içir. Qabın üzərində "İç Məni" yazılmışdır. Bu zaman Alisa həddindən artıq böyüməyə başlayır. Ağ Dovşan və onun bağbanları Pet ilə Vill Alisaya kömək etməyə başlayırlar. Lakin yenədə Alisa kiçilməyə başlayır. Alisa Meşədə azaraq mayor Keterpiller ilə rastlaşır. Keterpiller ona kiçilməzdən əvvəl qorxmamağı tapşırır. Alisa göbələyin hissələrini ilə qidalanaraq böyüməyə başlayır. Bu zaman Alisanın boyu normal hala düşür. Alisa yenidən səyahətini davam etdirir. Manor Evi adlanan yerdə qadın musiqi Hersoqu ilə rastlaşır. Alisa körpəni əlinə alır. Lakin əlindəki körpə tədricən donuza dönür. Alisa onu yerə buraxır. Çeşir pişiyi ona Dəlisov Papaqçı və onun dostları Mart Pişiyi ilə Sonyanın yanına getməyi məsləhət görür.
Alisa "Trio" ilə görüşən zaman səhnədə qorxmağı necə dəf etmək müzakirəyə qoyulur. Dəlisov Papaqçı stolunu üzərinə hoppanır. Bu işi Dəlisov Papaqçı "Qırmızıtoxmaq Kraliça"nın konsetində görmüşdür. Alisa səhnəyə çıxan zaman Dəlisov Papaqçı və Mart Pişiyi qabları sındırmağa başlayır. Alisa kiçik qapıdan gəlir. Alisa Qırmızıtoxmaq Kraliçaya məxsus Labirintə düşür. "Qırmızıtoxmaq Kraliça" Alisanı qəribə Kroket oyununa dəvət edir. Lakin "Qırmızıtoxmaq Kraliça"nın insanlara qarşı münasibəti və onların edam etdirməyə məhkum olmaları, Alisanın xoşuna gəlmir. Çeşir pişiyinin başı gözlənilmədən görünməyə başlayır. Qadın Hersoqu Kinqin sualına cavam vermək üçün gəlir ki, pişiyin kimə məxsus olmasını tapsın. Lakin Çeşir pişiyi gözdən itir. Alisa Kroket oyununu tərk edir. Alisa macəralarını davam etdirərək, Qrifon və Sınaq Tısbağası ilə rastlaşır. Sınaq Tısbağası ona oxumağı öyrədir. Əvvəlcə "Xərçəng Kuadrill" (ing. The Lobster Quadrille) mahnısını tək ifa edir. Ardınca isə Alisa onunla ilə birgə "Gözəl şorba" (ing. Beautiful Soup) mahnısını ifa etməyə başlayır. Alisa onlardan məmnun qalaraq, buranı tərk edir. Alisa buranı tərk etdikdən sonra Ağ Cəngavər ilə rastlaşır. Ağ Cəngavər ona ixtiralarından danışır və ona mərd olması bildirir.

Similar Post You May Like

Vivo-Book

Yazıçılar (Poets / Поэты)