Stiven King - Cəhənnəm pişiyi

Stiven King Cehennem pisiyi

Holstona elə gəldi ki, əlil arabasındakı kişi xəstə, qorxmuş və ölməyə hazır vəziyyətdə idi. O belə şeyləri görməyə öyrəşmişdi. Ölüm Holstonun işi idi. O özü-özlüyündə muzdlu qatil kimi fəaliyyət göstərərək “karyera”sı boyunca on səkkiz kişini və altı qadını öldürmüşdü. O ölümün nəyə bənzədiyini bilirdi.

Evdə – daha doğrusu malikanədə soyuq va sakitlik hökm sürürdü. Gələn yeganə səs böyük daş sobada yanan odunların yüngülcə çırtıltısı və çöldə əsən noyabr küləyinin astaca vıyıltısı idi.

“Mən istəyirəm ki, sən bir daha qatil olasan” – deyə qoca kişi dilləndi. Onun səsi titrək və qıcıqlandırıcı idi. “Bilirəm ki, işin elə bundan ibarətdir”. Holston soruşdu: “Kimlə danışmısınız?”

“Sol Logia adlı bir nəfərlə. O deyib ki, sən onu tanıyırsan”.

Holston razılıq əlaməti olaraq başını yellədi. Əgər vasitəçi Logia idisə, işlərin şuluğa düşməsindən söhbət belə gedə bilməzdi. Əgər otaqda dinləmə cihazı var idisə qoca kişinin – Droqanın dediyi hər söz tələ idi.

“Kimin canını almağımı istəyirsən?”

Similar Post You May Like

Vivo-Book

Yazıçılar (Poets / Поэты)