Con Qolsuorsi - Ölümdən güclü

con qolsuorsi - olumden guclu

İngilis yazıçısı və dramaturqu, 1921-ci ildə yaradılan Pen-klubun ilk rəhbəri Con Qolsuorsi 1917-ci ildə aristokrat rütbəsindən imtina etmiş, ölümündən cəmi iki ay əvvəl Nobel mükafatına layiq görülmüşdür. O zaman Britaniya imperiyasının daxili işlər naziri olan Uinston Çörçill etiraf edirdi ki, həbsxanalarda islahatlar aparmasında Qolsuorsinin “Həqiqət” pyesinin böyük təsiri olmuşdur.
Əksər yazıçılarda olduğu kimi, onun bütün yazıları öz həyatının, təxəyyülünün süzgəcindən keçən variantıdır. Qolsuorsi eynən “Ölümdən güclü” (ingiliscə “Beyond”) romanında qəhrəmanı Brayan Sammerheyin ərli qadın Ciplə tanışlığı kimi, əmisi oğlunun arvadı Ada Kuperlə tanış olur. Sonra bu tanışlıq, romandakı kimi, məhəbbətə çevrilir.
Yazıçıya əsas şey – insan qəlbinin gizli guşələrinə baş vurmaq, kamerton kimi hisslərin bütün çalarlarını təsvir etmək, parlaq və yaddaqalan obrazlar yaratmaq müyəssər olur.
Və onun bütün qəhrəmanlarını məhəbbət hərəkətə gətirir.
Ölümdən güclü məhəbbət…

Similar Post You May Like

Vivo-Book

Yazıçılar (Poets / Поэты)